Tehrandakı səfirliyimizi qana boyayan terrorçu danışdı:xa0

Tehrandakı səfirliyimizi qana boyayan terrorçu danışdı:xa0"Arvadımı axtarırdım..."

Hazırda oxunan: Tehrandakı səfirliyimizi qana boyayan terrorçu danışdı:xa0"Arvadımı axtarırdım..."

590650

İranda Azərbaycan səfirliyinə silahlı basqın edən İran vətəndaşı Yasin Hüseynzadə polisə ifadə verib:

“Mən 9 ay idi ki, həyat yoldaşımı tapa bilmirdim, onunla əlaqəm yox idi. Mən dəfələrlə səfirliyə müraciət etmişdim. Səfirlikdən mənə məktub verildi ki, həyat yoldaşın burada yoxdur. Amma mən şübhələnmişdim ki, həyat yoldaşım orada saxlanılır. Hansı əsasla, hansı sənədlə orada saxlayırdılar? Ona görə də məcbur qalıb kəndə getdim və silahı götürdüm ki, səfirliyə gedib həyat yoldaşımı oradan gətirim.”

“Silahı götürüb onları öldürməyə gedirdin” sualına cavabında qeyd edib ki, xeyr, mən öz həyatımı qurmaq istəyirdim, onlar mənim həyatımı məhv etmişdilər. Üstümdə 2 silah vardı: “Kalaşnikov” və tapança”.

Polisin ona: “Silahı necə əldə etmişdin?” sualına isə belə cavab verib: “Tapmışdım”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO