Avropa bazarlarında Azərbaycan məhsuluna ehtiyac artır – Tələb olunan ŞƏRTLƏR HANSIDIR? 

Hazırda oxunan: Avropa bazarlarında Azərbaycan məhsuluna ehtiyac artır – Tələb olunan ŞƏRTLƏR HANSIDIR? 

96208

Avropada enerji böhranı səbəbindən istixanalarda əkinlərin həcmi 30-40 faiz azalıb. Ona görə də Avropa supermarketləri Şərqə üz tutub. Artıq Türkiyənin Antalya bölgəsindəki fermerlərlə ciddi danışıqlar aparılır ki, Avropadakı supermarketlərin boşalan piştaxtaları bu bölgədən gətirilən kənd təsərrüfatı məhsulları ilə doldurulsun. 

Bu isə o deməkdir ki, hazırda Aİ bazarına girmək üçün unikal şans yaranıb. Bəs, Aİ bazarına girmək üçün Azərbaycan fermerlərinin imkanları varmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili, iqtisadçı Vüqar Bayramov bütövlükdə Azərbaycanın qeyri-neft sektorunda ixracatın şaxələndirilməsi, xüsusən də daha çox inkişaf etmiş ölkələrin bazarlarına qeyri-neft məhsullarının göndərilməsinin proritet olduğunu bildirdi: 

“Nəzərə alaq ki, hazırda Azərbaycanın qeyri-negt ixracatının təxminən 60 faizi 2 ölkənin payına düşür. Ona görə də bizim üçün əsas məqsəd ondan ibarətdir ki,  məhsul göndərdiyimiz ölkələrin sayı artsın. Və bu mənada daha dayanıqlı bazar olan Avropa İttqifaqı ilə əməkdaşlığın gücləndirilməsinə nail olunması çox vacibdir. Xüsusən də nəzərə alsaq ki, Avropa bazarında kənd təsərrüfatı məhsullarına tələb günbəgün artır. Digər tərəfdən Avropada qazın qiymətinin yüksəlməsi orada istehsal olunan məhsulların qiymətinin də artmasına səbəb olub. Xüsusilə də aqrar sektorun”.


Millət vəkili onu da əlavə etdi ki, indi Azərbaycan fermerləri üçün əlverişli imkan yaranıb. Ona görə də Azərbaycan fermerlərinin Aİ-na ixracın genişləndirilməsi üçün yeni standartların tətbiq edilməsinə ehtiyac var:

“İndi fermerlərimiz məhsullarını Avropa standartlarına uyğun istehsal etməyə çalışmalıdırlar. Bura məhsulun tərkibi, kalibiri və qablaşdırılması da aiddir. Həmin standartlara uyğun olaraq istehsal ediləcək məhsula Aİ bazarında həqiqətən ehtiyac var. Yeni standartların tətbiq edilməsi və məhsul istehsalının genişləndirilməsi ölkəmizin qeyri-neft ixracatında Aİ-nın payının artmasına və təbii ki, fermerlərimizin daha çox valyuta əldə etməsinə gətirib çıxara bilər. Bir sözlə hadislərin inkişafı Azərbaycan fermerlərinin Avropa bazarına girməsinə unikal imkanlar yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO