Azərbaycanda festivalların çoxu Şuşada keçiriləcək – NAZİR AÇIQLADI 

Hazırda oxunan: Azərbaycanda festivalların çoxu Şuşada keçiriləcək – NAZİR AÇIQLADI 

37547

“Çox sevinirik ki, artıq bu gün musiqi gününü qeyd edəndə doğma Qarabağımız, Şuşamız əlimizdədir”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib. 

Nazir bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz bu sevinci bizə yaşadıb. Biz Qarabağa, Şuşaya qovuşmuşuq və buraya ruhumuzu, mədəniyyətimizi qaytarmalıyıq. Bu gün bu festivalı qalib əhval-ruhiyyədə Şuşada da qeyd edirik.

Üzeyir bəyin və digər Şuşadan olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin də ruhları şaddır. Anar Kərimov bir çox festivalın Şuşada keçiriləcəyini deyib: 

“Bundan sonra festivallarımızı daha çox Şuşada keçirəcəyik. Beləliklə də Şuşaya onun ruhunu, mədəniyyətini qaytaracağıq. Gələcəkdə mədəniyyət tədbirlərimizi də Şuşada keçirməklə buranın mədəniyyət paytaxtı, mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası olduğunu bir daha dünyaya nümayiş etdirəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO