Azərbaycanda pul bazası SÜRƏTLƏ ARTIR – Hansı təhlükə GƏLİR?

Hazırda oxunan: Azərbaycanda pul bazası SÜRƏTLƏ ARTIR – Hansı təhlükə GƏLİR?

55009

Mərkəzi Bankın son açıqlamasına görə, bu il yanvarın 1-nə olan rəqəmlərə əsasən, Azərbaycanda pul bazası 17 937,6 milyon manat təşkil edib.

Qeyd edək ki, bu dekabrın 1-i ilə müqayisədə 3 milyard 658,5 milyon manat və yaxud 25,6 % çoxdur.

Ümumilikdə isə, ölkədə pul bazası son 1 ildə 4 milyard 373,4 milyon manat və yaxud 32,25% artıb.

Pul bazasında, xüsusilə də, son bir ayda müşahidə olunan artımın devalvasiya və qiymət artımına gətirib çıxarması ehtimallarını iqtisadçı ekspert Eldəniz Əmirovla dəyərləndirdik. 

Ekspert Bizim.Media-ya verdiyi açıqlamasında pul bazasındakı artım fonunda hər hansı devalvasiya riskini görmədiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ödəniş tapşırıqlarına dair yeni tələblər MÜƏYYƏNLƏŞDİ – Üstünlükləri nələrdir?


“Çünki devalyasiyanın olmaması üçün dövlətin əlində kifayət qədər maliyyə ehtiyatları və alətləri var. Biz 2022-ci ilin dövlət büdcəsinə də nəzər saldıqda, hökumətin makroiqtisadi sabitliyin qorunması üçün manatın məzənnə stabilliyinə üstünlüyün verildiyini görə bilərik. Sadalanan amilləri nəzərə aldıqda, devalvasiya riski gözlənilmir. Sadəcə olaraq, pul bazasının artması əslində pul kütləsinin artmasına işarədir. Nəticə etibarılə, bu inflyasiya meyillərinə təsir edir”.

Eldəniz Əmirov pul bazasının artmasının inflaysiya meyillərinin yaranmasına səbəb olması ilə bağlı fikirlərini bu cür izah edib:

“Əvvəlcə diqqət yetirək, pul bazası haradadır. Pul bazası dövriyyədə olan nağd pulların və kommersiya banklarındakı pul ehtiyatlarının birliyidir. Əslində tədavüldəki nağd pullar, ümumi pul bazasının əsasını təşkil edir. Kredit təşkilatları və kommersiya banklarında olan ehtiyatları da nəzərə almaq vacibdir. Pul bazasının artmasının devalvasiya təhdidi yaratdığını söyləmək doğru olmazdı. Lakin qeyd etdiyim istiqamətdə pul kütləsinin artması inflyasiya meyillərinin və qiymət artımının sürətlənməsinə gətirib çıxarır”. 


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO