Xırdalanda kişi 18 yaşlı sevgilisini "TikTok"da hesab açdığı üçün DÖYDÜ

Xırdalanda kişi 18 yaşlı sevgilisini "TikTok"da hesab açdığı üçün DÖYDÜ

Hazırda oxunan: Xırdalanda kişi 18 yaşlı sevgilisini "TikTok"da hesab açdığı üçün DÖYDÜ
578303
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döyüb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində baş verib.

1990-cı il təvəllüdlü Tofiq İbadov (ad və soyad şərtidir) Xırdalan şəhərində 2007-ci il təvəllüdlü xanımla tanış olur. Bir müddətdən sonra isə onlar sevgili olurlar.

Tofiq segilisinin "TikTok"da özünə məxsus profil açdığını eşidir. O bu barədə sevgilisinə desə də, xanım bunu inkar edir. Bir gün Tofiq "TikTok"da həmin hesabı görür və evə gəlir, sevgilisinə profili göstərir.
 

Bundan sonra onların arasında mübahisə başlayır. Nəticədə, Tofiq sevgilisini şillə və təpik zərbələri ilə döyür. Qadın onun əlindən qaçaraq küçəyə çıxır və polisə məlumat verir.


Hadisə yerinə polis əməkdaşları gəlirlər, T.İbadov saxlanılır.

Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.

Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO