9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ – Buraxılış imtahanlarının proqramı açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək 9 və 11 illik təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayib.
DİM-in məlumatına görə, 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan imtahan modeli saxlanılacaq.
11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tədris dili və riyaziyyat fənləri üzrə 2026-cı ilin imtahan modeli tətbiq ediləcək. 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında da əvvəlki ilin modeli qüvvədə olacaq.
Xarici dil imtahanında dinləyib-anlama, oxuyub-anlama, qrammatika və leksika, həmçinin yazı bacarı...