Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.
Məsələ Zati-aliləri Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısı tərəfindən qoyulan vəzifələrə uyğun olaraq, Dövlət Komi...