Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI
"ABŞ və İran aparılan danışıqlar çərçivəsində Tehranın sərəncamında olan uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gəliblər".
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində bəyan edib.
"ABŞ İranın nüvə ehtiyatlarının ölkədən çıxarılmasını tələb edirdi, lakin biz zənginləşdirmə səviyyəsinin azaldılması barədə qərara gəldik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları "hələ də yerin altındadır". O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın yeganə çıxış yolu olduğu q...