IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni inşa olunan Qarabağ küçəsi ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, qonaqlar Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər. Bu binalar arasında mehmanxana, apart hotel, ofis və ictimai iaşə obyektləri yer alır.
Qonaqlara bildirilib ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq simasına və ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilib. Layihənin həyata keçirilməsi tarixi şəhər və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ink...