WUF13-ün dördüncü gününə START VERİLDİ
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumun dördüncü gününün proqramı əsasən iqlim və dayanıqlı şəhərsalma mövzularına həsr olunub. Xüsusilə qeyri-formal yaşayış məntəqələri və gecəqonduların transformasiyası, təmiz hava və tullantı idarəçiliyi, inklüziv şəhərlər, mədəni irsin qorunması və bu kimi önəmli məsələlər ətrafında müzakirələr aparılacaq.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 182 ölkədən 40 mindən artıq iştirakçı qeyd...