Şuşada Meksikanın Müstəqillik Günü qeyd olundu - FOTO/VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə sentyabrın 11-də Şuşa şəhərində Meksikanın Müstəqilliyi Günü münasibətilə təntənəli mərasim keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir Meksika və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoria Romero Kabalyero bildirib ki, Azərbaycan ilə Meksika arasında siyasi dialoq genişlənir, institusional əlaqələr artır və yeni əməkdaşlıq imkanlarına qarşılıqlı maraq var. Səfir Azərbaycan nümayəndə heyətlərinin Meksikaya səfərlərinin ikitərəfli münasibətlərə yeni dinamika verdiyini qeyd edib.
Diplomat iki ölkənin yeni ...