SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə nəticələr açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.
Məlumata görə, 14-18 iyulda dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 % təşkil edib.
İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallar...