İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılması Azərbaycan XİN tərəfindən qətiyyətlə pislənilir.
"Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.
Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.
Ermənistanda hələ də g...