Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Hazırda oxunan: Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR
609084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün yarışda sərbəst güləşçilərin mübarizəsi start götürəcək.

Azərbaycanın beş təmsilçisi - İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxacaq. Həmçinin, axşam seansında üç qadın güləşçimiz - Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) bürünc medal görüşünü keçirəcək.
 

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal əldə ediblər.


Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb. Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO