“Arvadına salamlarımı çatdırın” - Şahzadə Harriyə ironik cavab - VİDEO

“Arvadına salamlarımı çatdırın” - Şahzadə Harriyə ironik cavab - VİDEO

Hazırda oxunan: “Arvadına salamlarımı çatdırın” - Şahzadə Harriyə ironik cavab - VİDEO

609034

ABŞ Prezidenti Donald Tramp Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklla bağlı qeyri-rəsmi və ironik şərhi ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Şahzadə Harri Kiyevdə keçirilən Təhlükəsizlik Forumunda çıxış edərək, Rusiyanın Ukraynaya hücumları fonunda Amerika rəhbərliyini addım atmağa çağırıb.

O, ABŞ-nin beynəlxalq təhlükəsizlikdə xüsusi rolunu vurğulayıb və Vaşinqtonun öhdəliklərinə sadiq qalmasının vacibliyini qeyd edib.

Harrinin çıxışından sonra Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Donald Tramp əvvəlcə mövzudan yayınaraq, Sasseks hersoqunun ailəsinə toxunub.

“Şahzadə Harri? Necədir? Həyat yoldaşı necədir? Zəhmət olmasa, arvadına salamlarımı çatdırın”, – deyə Tramp bildirib.

Daha sonra o, Harrinin açıqlamalarına münasibət bildirərək, onun Böyük Britaniya adından danışmadığını vurğulayıb: 

“Bir şeyi dəqiq bilirəm: Şahzadə Harri Böyük Britaniya adından danışmır. Düşünürəm ki, mən ondan daha çox danışaram”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO