Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. Doqquzuncu sinifdə oxuyan iki şagird aralarında yaranan mübahisə zamanı səkkizinci sinif şagirdinə xəsarət yetirib. İddialara görə, xəsarət bıçaqla yetirilib.
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdlərin valideynləri bıçaqla bağlı iddiaları qəti şəkildə inkar edirlər.
Valideynlərdən biri hadisəni belə izah edib:
"Burada bıçaqlanma olmayıb, sadəcə məftil batıb. Onların hər üçü dostdur. Uşaq hər zaman bizə gəlir. Zarafatlaşıblar, nəticədə məftil batıb. Bıçaq söhbəti olmayıb. Hadisə tənəffüs zamanı baş verib".
Digər valideyn isə bildirib ki, uşaqların arasında düşmənçilik yoxdur: "Bunlar zarafatlaşıblar, uşağın böyrünə məftil girib. Bıçaq ümumiyyətlə olmayıb. Onlar bir yerdə oturub-duran uşaqlardır. Uşaq xəstəxanaya müraciət edib, lakin ciddi bir hal yoxdur".
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:35 / 24.04.2026
Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO
Hazırda oxunan: Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO
Hazırda oxunan: Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO
609032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































