Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Hazırda oxunan: Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO
609007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın paytaxtı İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri yazıb.

Xəbərdə qeyd olunub ki, tədbir iştirakçıları yürüşdən əvvəl Türkiyə bayrağını yandırıblar, yürüşün ön sıralarında isə keşişlər yer alıb. Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
 

Ölkənin Baş naziri Nikol Paşinyan baş verən hadisəni pisləyib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan bu addımı məsuliyyətsiz və yolverilməz hesab edib.


"Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılması dövlət rəhbəri tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq şəkildə təxribat xarakterli və gərginliyi artırmağa yönəlmiş davranışdır", - Baqdasaryan Paşinyanın mövqeyini səsləndirərkən vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO