Günəşdə güclü PARTLAYIŞ oldu

Günəşdə güclü PARTLAYIŞ oldu

Hazırda oxunan: Günəşdə güclü PARTLAYIŞ oldu
609050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saatlarında Günəşdə X2.5 bal gücündə partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Günəşdə Moskva vaxtı ilə 04:07-də (Bakı vaxtı ilə 05:07) X2.5 bal gücündə alışma baş verib. Bu demək olar son 2,5 ay ərzində qeydə alınmış ən güclü alışma olub”,- məlumatda qeyd edilir.

Qeyd olunur ki, baş verən alışma kosmik teleskoplardan əldə olunan şəkillərdə aydın görünən güclü plazma atımı ilə müşayiət olunub.
 

Eyni zamanda, partlayışın mərkəzi Günəşin kənarına doğru xeyli sürüşüb (Yer istiqamətinə bucaq 60 dərəcəni ötür) və plazmanın yan istiqamətdə hərəkət etdiyi açıq görünür. Buna görə də hadisənin Yer üçün neytral qalacağı ehtimalı yüksəkdir.


Laboratoriyada bildirilib ki, daha dəqiq nəticə gün ərzində aparılacaq riyazi modelləşdirmə əsasında verilə bilər. Hər bir halda, belə vəziyyətdə birbaşa zərbə ehtimalı istisna olunur və yalnız plazma buludunun kənarı ilə planetə toxunma mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO