MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.
Bu barədə Bizim.Media-ya MEDİA-dan məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri ü...