Prezidentdən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı FƏRMAN
"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri,...