
- A-
- A
- A+
“120”lik yolu süpürgəçi niyə təmizləməlidir? - “Ora piyada girə bilməz”
Yolda olan həmin qadınıxa0 və yaxud piyada avtomobilləxa0 vurulubsa və nəticədə ölüm hadisəsi baş veribsəxa0 burada kimin günahkar olmasına dair standart cavab yoxdur. Bu cür hadisələrə fərdi qiymətxa0 verilir. Əgər sürücü həmin hadisənin qarşısını almaq üçün öz nəqliyyat vasitəsini dayandırmayıbsa, sürətini azalda bilərdisə vəxa0 bunu etməyibsə, o zaman sürücünün təqsiri var. Yox, həmin şəraitdə qadını görməyibsə, gördükdən sonra sürəti azaltsa belə hadisədən yan keçmək texniki olaraq mümkün deyildisə, onda o sürücünün təqsiri yoxdur.
Əgər körpülərin üzərində texnikanın yolu təmizləməsinə imkan yoxdursa, o zaman mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir. Həmin ərazidə hərəkət məhdudlaşdırılmalıdır. Lap tutaq ki,xa0 yol təmizlənilmir, məsələn, işıq dirəyinin lampası xarab olub və onu dəyişdirmək lazımdır.xa0 Bu zaman 150 metr arxada xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır, dirəklərdən istifadə olunmalıdır.
Həminxa0 işlər hərəkətin ən sakit vaxtlarında razılaşdırılmış qrafik əsasında görülməlidir. Əgər görünməxa0 ilə bağlı problem yoxdursa səhər saatlarında da bu edilə bilər. Yanaşmalar isə ondan ibarətdir ki, yolun təmizlənməsinə texnikaları cəlb etmək lazımdır. Yolda insan əməyindən istifadə zəruri olduğu halda isə mütləq təhlükəsizlik qaydalarına əməl edilməlidir”.
“Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isəxa0 bu cür hadisələrdən heç kimin sığortalanmadığını qeyd edib:
“Bizim də yol kənarında iş aparan işçilərimiz var. Hər bir qurumun başına belə bədbəxt hadisələr gələ bilər. Başqa ölkələrdə də belə hallardanxa0 heç kim sığortalanmayıb. Bizim yol kənarındakı dəmirləri təmizləyən, yolların süpürülməsixa0 işlərini həyata keçirən texnikamız var. Amma burada bir məqam var. Xüsusən də körpülərin üzərindəxa0 təmizləmə işlərini texnika həyata keçirə bilmir. Texnika ancaq yolun kənarını süpürə bilər. Zibil toplananda onun süpürülməsi qeyri-mümkündür. Bu zaman insan qüvvəsindən istifadə olunur.xa0 Bilirsiniz ki, Bakı küləklər şəhəridir. Tozlu-dumanlıdır.xa0 Hər gün eyni ərazi süpürülsə də səhəri gün yenidən çirklənir. Burada nəqliyyat vasitəsini idarə edən sürücülərin də üzərinə bir növ məsuliyyət düşür.xa0 Sürücülər su qablarını, enerji içkilərini, salfetkaları yerə atırlar.
Xüsusi texnika da onları yoldan götürməyə qadir deyil. Texnika ancaq süpürə bilər. Bu zaman insan əməyindən istifadə olunur.

Ancaq bu zaman təhlükəsizlik tədbirləri görülməlidir. Əraziyə çatmamışxa0 xüsusi konuslar düzülməlidir.xa0 Ya da adamlar dayanıb avtonəqliyyat vasitələrinə işarə verməlidirlər.xa0 Ancaq bu tədbirlərin görülməsi belə yüz faiz həmin insanın təhlükəsizliyinin təmin olunması demək deyil. Sürücülər 60 sürətlə maşını idarə etməli olduğu halda daha yüksək sürətlə 80-120 ilə maşını idarə edirlər.xa0 Həm də bilmək lazımdır ki, 120-lik yolun heç də bütün hissələri 120-lik deyil. Sol kənarxa0 hissə 120-likdir.xa0
Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən də işlər aparılırsa təhlükəsizlik məsələlərini onlar etməlidir. Yaxud da biz təmizlik aparırıqsa bizim işçilər tərəfindən bu məsələlərə riayət edilməlidir. Bizim qurum təhlükəsizlik qaydalarına əməl edir.xa0 Bu da 100 faiz təhlükəsizliyin təmin olunması demək deyil. Bu məsələdə hər birimizin üzərinə məsuliyyət düşür. Həmin əraziyə çatdıqda istənilən halda sürətimizi azaltmalıyıq”.xa0
A. Nəcəfli qeyd edib ki, təmsil etdiyi qurum tərəfindənxa0 hər bir əraziyə ayrılmış maşın, mexanizm və insan qüvvəsi var: “ Onlar həmin ərazilərin təmizliyinə cavabdehdirlər. Çalışırıq ki, əməkdaşlar səhər erkən saatlarında təmizlik işlərinə başlasınlar. Çünki hərəkətdə intensivlik saat 7-dən sonra başlayır. Bu saata kimi işlər həyata keçirilir. Təsəvvür edin ki, hərəkət aktivliyi vaxtıxa0 texnika iş görsə həmin ərazidəxa0 nə boyda tıxac yarana bilər. İntensivlik artmamış texnikalar yola çıxarılır. Düzdür,xa0 bəzən hansısa hadisə baş verə bilər, bu artıq fövqəladə haldır. Hava limanı, Ziya Bünyadov prospektlərində yəni 120-lik sürəti olan prospektlərdə texnikalar da istifadə olunur. Xüsusilə tunellərdə texnikalardanxa0 bu işlər görülür. Çünki tunellər alaqaranlıq ərazidir. Orada texnika işləməlidir. İnsanxa0 işləyərsə, sürücünün görmə qabiliyyəti də aşağı düşür. Xüsusən magistral yollar və əsas prospektlərin təmizlənməsi məsələsi bizim qurum tərəfindən həyataxa0 keçirilir. Ancaq küçələrin səki hissəsi, kənarları Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.xa0

Sonda isə maraqlı sual ortaya çıxır. Yüksək sürətli yollar “Azəravtoyol”un texnikaları vasitəsilə təmizlənirsə, ölən qadın Cəmilə Salahova 120 km saatlıq aeroport yolunda Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi olaraq nə iş görürmüş?xa0Əgər iş görülməsinə insan əməyinin cəlb olunması zərurəti yaranmışdısa, təhlükəsizlik qaydalarına niyə əməl olunmayıb?
xa0Bu suala cavab tapmaq üçün isə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsək də zənglərimizə cavab verən olmayıb.(Qafqazinfo)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































