Afaq Gəncəlidən onu qınayanlara ibrətamiz sözlər...

Afaq Gəncəlidən onu qınayanlara ibrətamiz sözlər...

Hazırda oxunan: Afaq Gəncəlidən onu qınayanlara ibrətamiz sözlər...

114642
Tanınmış teleaparıcı Afaq Gəncəli övladının ölümündən sonra ona dəstək olanlara təşəkkürünü bildirib.

Moderator.az-ın məlumatına görə, aparıcı bu sözləri sosial şəbəkədə yazıb:

“Məni bu aylarda dəstəkləyən, acımı hiss edib, mənimlə bərabər ağlayan dostlar, sizə necə təşəkkür edəcəyimi bilmirəm. Çoxlarınız məni heç real həyatda görməmisiniz, tanımırsınız. Amma bir doğma insan kimi acım acınız oldu. “Çox sağ olun”x9d kəlməsi belə azdır”x9d.

Teleaparıcı ona dəstək olmayanların fikirlərinə də rəy bildirib və onlara xoşbəxtlik arzu edib:

“Allah sizi var eləsin. Qədirxanım hər zaman məni gülərüz və güclü görmək istəyirdi. Balamın istəyini həyatda heç vaxt ürəyində qoymadığım üçün mən yenidən işimə-gücümə qayıtdım. Mələyimin ruhu şad olsun deyə... Mənə dəstək olan bütün dostlarım, tanıyıb tanımadığım gözəl qəlbli insanlar, Allah sizdən razı olsun. Hətta sosial şəbəkədə oturub, savadsızlıqları ucbatından onu-bunu qınayanlar da sağ olsun. Allah sizi o qədər xoşbəxt etsin ki, işsizlikdən İnstaqramda oturub, insanları qınayasınız. Allah köməyiniz olsun”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO