İran Bab əl-Məndəb boğazını bağlamaqla HƏDƏLƏDİ

İran Bab əl-Məndəb boğazını bağlamaqla HƏDƏLƏDİ

Hazırda oxunan: İran Bab əl-Məndəb boğazını bağlamaqla HƏDƏLƏDİ
617448
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İran parlamentinin sədr müavini Hacı Babayi İsrailin “Hizbullah” mövqelərinə hücumlarını davam etdirməsi halında bölgədəki dəniz keçidləri ilə bağlı sərt addımların gündəmə gələ biləcəyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Asr İran” məlumat yayıb. 

Onun sözlərinə görə, belə bir ssenaridə Bab əl-Məndəb boğazının bağlanması ehtimalı istisna edilmir. O, İran parlamentində Hörmüz boğazından keçən gəmiçiliyin tənzimlənməsi ilə bağlı planların müzakirə olunduğunu və bu istiqamətdə “güclü qətnamə” qəbul edilə biləcəyini qeyd edib. 

Babayi vurğulayıb ki, uranın zənginləşdirilməsi İran xalqının hüququdur və bu məsələ heç bir halda danışıqlar mövzusu ola bilməz. 

O, İranın strateji təsir imkanlarına toxunaraq, Hörmüz boğazının regionda “ən güclü vasitələrdən biri” olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO