Kredit kartları ilə alış-veriş edənlərin DİQQƏTİNƏ

Kredit kartları ilə alış-veriş edənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: Kredit kartları ilə alış-veriş edənlərin DİQQƏTİNƏ

617242

Kredit kartlarının sayında kəskin azalma qeydə alınıb. Belə ki, vətəndaşların kreditləşməyə çıxışı çətinləşir. Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri ilə bağlı yaydığı son göstəricilər ölkədə kredit kartı bazarında ciddi azalmanı üzə çıxarıb. Belə ki, dövriyyədə olan debet kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 11% artdığı halda, kredit kartlarının sayı eyni nisbətdə – 11 % azalıb.

Bəs bu azalma nəylə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, kredit kartı bank hesabında olan vəsaitdən istifadə alətidir:

“Məsələ ondadır ki, banklar tərəfindən verilən kreditlərin həcmi azalıb. Bu da problemli kreditin artmasıyla bağlıdır. Problemli kreditin artması da insanların ödəniş qabiliyyətinin azalmasıyla əlaqəlidir. Bunun da səbəbləri bəllidir. Təbii ki, belə şəraitdə banklar da ehtiyatlı davranmağa məcburdur. Yəni banklar riskləri sığortalamaq üçün vətəndaşlara kredit xətlərinin və kartların açılmasını sərtləşdiriblər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO