XİN-dən azərbaycanlıların olduğu gəmiyə hücumla bağlı AÇIQLAMA

XİN-dən azərbaycanlıların olduğu gəmiyə hücumla bağlı AÇIQLAMA

Hazırda oxunan: XİN-dən azərbaycanlıların olduğu gəmiyə hücumla bağlı AÇIQLAMA

617382

Azov dənizində mayın 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, heyətdə ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olub:

"Sözügedən xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər".
 

Məlumatda qeyd olunub ki, hazırda, məsələ ilə bağlı XİN tərəfindən aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir:


"Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO