Azərbaycan ərazisi UNESCO-nun qlobal biosfer qoruğu statusunu QAZANDI - FOTO

Azərbaycan ərazisi UNESCO-nun qlobal biosfer qoruğu statusunu QAZANDI - FOTO

Hazırda oxunan: Azərbaycan ərazisi UNESCO-nun qlobal biosfer qoruğu statusunu QAZANDI - FOTO

617491

Paraqvay Respublikasının Hernandarias şəhərində UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Azərbaycan da bu Şuranın üzvüdür.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən bildirilib.
 

Qeyd olunub ki, sessiyada ölkəmiz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin nümayəndə heyəti ilə təmsil olunur.


Sessiyanın bugünkü iclası çərçivəsində komitə üzvlərinin yekdil qərarına əsasən, Azərbaycanın "Böyük Qafqaz Biosfer Reservi" nominasiya faylı UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilib.

Bu ərazi Azərbaycanın Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilən ilk ərazisidir.

Qeyd edək ki, dünyanın 142 ölkəsində UNESCO-nun 784 biosfer qoruğu mövcuddur.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO