16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

Hazırda oxunan: 16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

617439

16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına icazə verilməyəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən,16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

-şəxsin yaşının bəyan edilməsi;

-şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.

Yuxarıda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirəcək.

Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO