Şərqdə şəxsi ev, Qərbdə kirayə: Dünyanı ikiyə ayıran mənzil fərqinin SƏBƏBLƏRİ

Şərqdə şəxsi ev, Qərbdə kirayə: Dünyanı ikiyə ayıran mənzil fərqinin SƏBƏBLƏRİ

Hazırda oxunan: Şərqdə şəxsi ev, Qərbdə kirayə: Dünyanı ikiyə ayıran mənzil fərqinin SƏBƏBLƏRİ

617386

Bəzi ölkələrdə əhalinin böyük hissəsi öz evinə sahib olduğu halda, digərlərində kirayə bazarı daha geniş yayılıb.

Yeni beynəlxalq sorğunun nəticələrinə əsasən, dünyanın müxtəlif ölkələrində mənzil sahibliyi səviyyəsinin ciddi şəkildə fərqləndiyini göstərir. Sorğunun nəticələrinə görə ən yüksək ev sahibliyi göstəricisi Çin və Hindistan kimi ölkələrdə qeydə alınıb. Çinlilərin 87 faizi, hindlilərin isə 79 faizi öz mənzilində yaşayır.
 

MÖVZU İLƏ BAĞLI:

İstirahətini bağ evində keçirmək istəyənlərin NƏZƏRİNƏ – Qiymətlər nə qədər artıb?


Avropa və Şimali Amerika ölkələrində isə ev sahibliyi nisbətən daha aşağıdır. Məsələn:

Almaniya – 34%

Böyük Britaniya – 45–53% arası

Fransa – 45–53% arası

Kanada – 45–53% arası

Amerika Birləşmiş Ştatları – 45–53% arası

İsveç – 38%

Bəs qərblilər kirayə mənzilə, şərqlilərsə fərdi evə üstünlük verməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyir ki, bu daha çox mentalitetlə bağlı məsələdir:

“Digər tərəfdən, bu məsələdə daşınmaz əmlakın nə dərəcədə əlçatan olması və əhalinin artımı da bu məsələdə vacib amildir. Məsələn, postsovet məkanında əhalinin 80-85 faizi evlə təmin olunub. Kirayədə qalanların sayı isə ölkələr üzrə dəyişir. Moskva şəhərində insanların 70 faizə qədəri şəxsi mənzilində yaşayır, 30 faizi isə kirayəçidir.

Bakıda əhalinin təxminən 18-20 faizi kirayədə qalır. Sumqayıt və Gəncə şəhərlərində kirayədə yaşayanlar şəhər əhalisinin 15-20 faizini təşkil edir. Bütün Qafqaz regionunda vəziyyət təxminən Azərbaycanla eynidir. Amma İranda vəziyyət tamamilə fərqlidir. Bu ölkənin iri şəhərlərində sakinlərin 70 faizi öz evində yaşamır.


Dünyada vətəndaşların mənzil probleminə diqqət edən ölkələrin siyahısında ilk pillədə Malayziya qərarlaşıb. Bu ölkə son 20 ildə müxtəlif proqramlar hesabına əhalinin 80-85 faizini şəxsi evlə təmin edib”.

Müsahibimiz əlavə edib ki, Avropa ölkələrində pandemiyadan sonra mənzillər 30-50 faiz arasında bahalaşıb:

“Bahalaşma fərdi mənzillərin əlçatanlığını aradan qaldırıb. Bu səbəbdən də bir çox insanlar kirayədə yaşamağa üstünlük verirlər. Evlərin bahalığı səbəbi ilə Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrin gənc vətəndaşları yaşamaq üçün başqa ölkələrə üz tuturlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO