Gəmiyə hücum zamanı həyatını itirən Məhəmməd Əliyevin FOTOLARI

Gəmiyə hücum zamanı həyatını itirən Məhəmməd Əliyevin FOTOLARI

Hazırda oxunan: Gəmiyə hücum zamanı həyatını itirən Məhəmməd Əliyevin FOTOLARI
617442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azov dənizində dron hücumu zamanı həlak olan azərbaycanlı dənizçi Məhəmməd Əliyev barədə yeni detallar məlum olub. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, əslən Zaqatala rayonundan olan Məhəmməd Əliyev ali təhsilini Azərbaycan Dövlət Dəniz Akademiyasındə alıb və uzun illər dənizçilik sahəsində fəaliyyət göstərib. 

O, ailənin iki övladından biri olub. 

Məhəmməd Əliyev 5 ildən artıq idi ki, müxtəlif gəmilərdə dənizçi kimi çalışırdı. O, ailəli idi və iki yaşlı bir oğul övladı yadigar qalıb.
 

Qeyd edək ki, Məhəmməd Əliyev iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan gəmilərdən birində olub. O hadisə nəticəsində həyatını itirən beş nəfərdən biridir. 


Məlumat üçün bildirək ki, sözügedən dənizçilər Azərbaycan dövlətinin proqramı və ya missiyası çərçivəsində fəaliyyət göstərməyiblər. Onlar xarici şirkətlər tərəfindən fərdi qaydada işə cəlb olunmuş şəxslərdir və könüllü şəkildə bu fəaliyyətlə məşğul olublar.

Gəmiyə hücum zamanı həyatını itirən Məhəmməd Əliyevin FOTOLARI - foto 1
Gəmiyə hücum zamanı həyatını itirən Məhəmməd Əliyevin FOTOLARI - foto 2

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO