Şimali Makedoniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi

Şimali Makedoniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi

Hazırda oxunan: Şimali Makedoniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi

617454

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah arzularımı çatdırım.

Əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi əlaqələrimizi daha da möhkəmləndirməyə, həmçinin təhsil, mədəniyyət, turizm və enerji sahələrində əməkdaşlığı genişləndirməyə yönəlmiş birgə təşəbbüslər vasitəsilə ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edəcəyik.

Dünyanın üzləşdiyi geosiyasi çətinliklər dövründə beynəlxalq təşkilatlarda iştirakımızla qlobal sülhə və sabitliyə birgə töhfə verəcəyimizə qəti şəkildə inanıram.

Zati-aliləri, bu inamla və Sizin ölkəmizə səfər etməyiniz arzusu ilə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO