Dünya çempionatında 40 yaşdan yuxarı 7 FUTBOLÇU oynayacaq

Dünya çempionatında 40 yaşdan yuxarı 7 FUTBOLÇU oynayacaq

Hazırda oxunan: Dünya çempionatında 40 yaşdan yuxarı 7 FUTBOLÇU oynayacaq
617446
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı il Dünya çempionatı üçün heyətlər açıqlanıb və 40 yaşdan yuxarı yeddi oyunçu meydanda olacaq.

Bizim.Media xəbər verir ki, 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya çempionatında oynayacaq 40 yaşdan yuxarı oyunçular arasında turnirdə 6-cı dəfə meydana çıxacaq 41 yaşlı portuqaliyalı ulduz Kriştiano Ronaldo da var.

Turnirdə meydana çıxacaq ən yaşlı oyunçu 43 yaş 162 günlük şotlandiyalı qapıçı Kreyq Qordon olacaq.

2026-cı il Dünya çempionatında iştirak edəcək 40 yaşdan yuxarı 7 oyunçu bunlardır:

Kreyq Qordon (Şotlandiya): 43 yaşlı veteran qapıçı 2026-cı il Dünya çempionatında ən yaşlı oyunçu olacaq.

Kriştiano Ronaldo (Portuqaliya): 41 yaşlı futbolçu 6-cı Dünya çempionatında meydana çıxmaqla tarixi rekord qırmağa hazırlaşır.

Luka Modriç (Xorvatiya): 40 yaşlı yarımmüdafiəçi turnirdə ölkəsinin ən böyük ümidlərindən biri olacaq.

Manuel Noyer (Almaniya): 40 yaşlı qapıçı Almaniyanın qapısını qorumaq üçün heyətə daxil edilib.

Edin Dzeko (Bosniya və Herseqovina): 40 yaşlı hücumçu ölkəsinin hücum xəttində mübarizə aparacaq.

Qilermo Oçoa (Meksika): 40 yaşlı əfsanəvi qapıçı altıncı dəfə ev sahibi ölkənin heyətinə daxil edilib.

Vozinya (Yaşıl Burun Adaları): 40 yaşlı qapıçı ölkəsinin ilk Dünya çempionatı üçün heyətdədir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO