Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

Hazırda oxunan: Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

617447

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:

-fərdi rəqəmsal hesabın yaradılması zamanı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 – 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;

-16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

-16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

-toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

-fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə - vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə ediləcəklər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO