Gündəşdəki tac dəliyinin (koronal dəliyin) təsiri nəticəsində yaranan maqnit fırtınaları iyunun 11 və 12-nə proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri məlumat veriblər.
Alimlərin məlumatına görə, geomaqnit pozuntuları Günəş atmosferində plazma sıxlığı az olan və maqnit xətləri açıq qalan sahə ilə bağlı olacaq.
Alimlər həmçinin bildiriblər ki, iyunun 3-də Günəşdə plazma atılması ilə müşayiət olunan partlayışlar baş verib və həmin plazma buludu artıq Yerə çatıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:30 / 05.06.2026
İKİ GÜN Yerdə maqnit qasırğası gözlənilir – Alimlərdən xəbərdarlıq
Hazırda oxunan: İKİ GÜN Yerdə maqnit qasırğası gözlənilir – Alimlərdən xəbərdarlıq
Hazırda oxunan: İKİ GÜN Yerdə maqnit qasırğası gözlənilir – Alimlərdən xəbərdarlıq
617495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































