Lavrov ABŞ-İran münaqişəsi haqda: “Hər şey neftə görədir” - VİDEO

Lavrov ABŞ-İran münaqişəsi haqda: “Hər şey neftə görədir” - VİDEO

Hazırda oxunan: Lavrov ABŞ-İran münaqişəsi haqda: “Hər şey neftə görədir” - VİDEO

617474

" Liviya öz nüvə proqramından imtina edəndə Qəzzafini devirdilər və ekran qarşısında əl çalan Hillari Klintonun sevinci fonunda, onu televiziya efirində ələ salaraq vəhşicəsinə öldürdülər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

“Şimali Koreya isə belə bir qənaətə gəldi ki, nüvə silahı olmasaydı, onları yer üzündən silərdilər. Onlar bu seçimlərinə uyğun hərəkət edirlər və heç kim onlara toxunmur.  İrana gəlincə, bütün bunlar İranın guya 47 ildir beynəlxalq terrorizmi təşviq etdiyinə görə başladı. Çox keçmədən bəlli oldu ki, səbəb yenə də neftdir.

Amerikalılar təklif etdilər ki, onlar və İran Hörmüz boğazına 50/50 nisbətində birgə nəzarət etsinlər. Bu, yenə də tamamilə neftə görədir. Hər şey qlobal enerji bazarları ilə bağlıdır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO