Qusarın icra başçısı Langi kəndində: müraciətlərdə yol təmiri, su, qaz problemi, tibb məntəqəsinin yaradılması var - FOTOLAR

Qusarın icra başçısı Langi kəndində: müraciətlərdə yol təmiri, su, qaz problemi, tibb məntəqəsinin yaradılması var - FOTOLAR

Hazırda oxunan: Qusarın icra başçısı Langi kəndində: müraciətlərdə yol təmiri, su, qaz problemi, tibb məntəqəsinin yaradılması var - FOTOLAR

617458

Qusar rayonunun Langi kəndində səyyar vətəndaş qəbulu keçirilib

Bizim.Media xəbər verir ki, səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak edib. 
 

İcra başçısı sakinləri salamlayaraq rayonda cari ildə görülən işlər, infrastruktur layihələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Çıxışında icra başçısı qeyd edib ki, cari ildə rayonda müşahidə olunmuş intensiv yağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.


Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən ayrılan maliyyə vəsaiti hesabına zəruri bərpa işləri aparılıb, gələcək dövrdə planlaşdırılan tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Görüş zamanı Langi kəndinin sakinləri kənddaxili yolun təmiri, içməli su təchizatının yaxşılaşdırılması üçün artezian quyusunun qazılması, suvarma suyu ilə təminatın gücləndirilməsi, kəndin qazlaşdırılması və kənddə tibb məntəqəsinin yaradılması və digər məsələlərlə bağlı müraciətlərini bildiriblər. Sakinlərin müraciətləri dinlənilib və həlli istiqamətində müvafiq tapşırıqlar verilib. 
 

Görüşdə həmçinin kənd üzrə əmlak və torpaq vergilərinin ödənilməsi məsələsi müzakirə olunub. Məlum olub ki, bir sıra sakinlər BAMS sistemində qeydiyyatda olmadıqları üçün vergi öhdəliklərini yerinə yetirə bilmirlər.


Bununla əlaqədar icra başçısı aidiyyəti qurumlara sakinlərin BAMS sisteminə daxil edilməsi və əhalinin vergi öhdəliklərinə cəlb olunması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tapşırıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO