Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO

Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO

Hazırda oxunan: Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO
617402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda daha 6 ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərinin rahat minib-düşməsi təmin olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Layihənin davamı olaraq, Sabit Orucov küçəsində (Respublika Perinatal Mərkəzinin yaxınlığında), Mehdi Mehdizadə və Fəzail Bayramov küçələrində ("Mediland Hospital”ın yanında) parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Sözügedən nişanlar Böyük İpək Yolu küçəsində (Heydər Əliyev prospekti ilə kəsişməyə yaxın), Həsən Salmani küçəsi və Babək prospektində də yerləşdirilməklə Yeni Klinika, "Leyla Medical Centre" və “Baku Medical Plaza"ya gələnlər üçün əlavə şərait yaradılıb.

Xatırladaq ki, daha öncə paytaxtın 7 ünvanında yerləşən tibb müəssisələrinin qarşılarında minib-düşmə yerləri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.

Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO - foto 1
Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO - foto 2
Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO - foto 3
Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO - foto 4
Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO - foto 5
Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO - foto 6
Bakıda daha 6 ünvanda minib-düşmə yerləri yaradıldı – FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO