Tədrisi digər dillərdə aparılan məktəblərə qəbul dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tədrisi digər dillərdə aparılan məktəblərə qəbul dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Tədrisi digər dillərdə aparılan məktəblərə qəbul dayandırılıb? – RƏSMİ AÇIQLAMA
617424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrdən uğurla keçən uşaqlar üçün iyunun 17-dən valideynləri tərəfindən məktəb və müəllim seçimi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Trend.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesi uğurla davam edir:
 

"Proses başlayandan indiyədək 106 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb. Bugündən etibarən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayıb. Tədris digər dillərdə aparılan bölmələrə gəldikdə isə müsahibələrdən uğurla keçən uşaqlar üçün iyunun 17-dən valideynləri tərəfindən məktəb və müəllim seçimi həyata keçiriləcək.


Bununla yanaşı bildiririk ki, uşaqların birinci sinfə qəbulu prosesi sentyabr ayınadək davam edir. Həmin dövrədək ictimaiyyətə əvvəlcədən elan edilmiş tarixlərdə bəzi təhsil müəssisələrinə mərhələli şəkildə qeydiyyat, müsabiqələrin keçirilməsi, eləcə də məktəb və müəllim seçimi həyata keçiriləcək. Vurğulayırıq ki, sinif komplektlərinin formalaşdırılması uşaqların birinci sinfə qəbulu prosesini özündə ehtiva edən bu mərhələlərdən sonra baş tutacaq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün tədrisi digər dillərdə aparılan bəzi məktəblərə qəbulun dayandırıldığı barədə xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO