Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə HÜCUM OLUB

Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə HÜCUM OLUB

Hazırda oxunan: Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə HÜCUM OLUB

617490

Qara dənizdə, Krımın qərbində Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum edilib. 

Bizim.Media xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hücum zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb. 

Qeyd  olunub ki, Krımın qərbində Sevastopol sahillərində Türkiyə bayraqlı "DURU 67" adlı balıq ovlama gəmisinə hücum olub. Hadisə zamanı zərər görən balıqçı gəmisi batıb.
 

Yaxınlıqda olan "BURAK KAYA" adlı balıqçı gəmisinin batan gəmidəki 5 yaralı balıqçını təxliyə edərək İnebolu istiqamətinə doğru üzdüyü, lakin yolda yaralılardan vəziyyəti ağır olan 1 balıqçının həyatını itirdiyi bildirilib.


Türkiyə rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb. Hücumun hansı şəraitdə baş verdiyi və məsul tərəfin kimliyi barədə hələlik əlavə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO