Rəşid Behbudovun gizli məktubu üzə çıxdı

Rəşid Behbudovun gizli məktubu üzə çıxdı

Hazırda oxunan: Rəşid Behbudovun gizli məktubu üzə çıxdı

111675
İsrailin “Birinci Radio”x9dsunda yayımlanan “Musiqili çayxana”x9d verilişi SSRİ xalq artisti Rəşid Behbudov haqqında bir saatlıq veriliş hazırlayıb.
 
Verliş əfsanəvi müğənninin 100 illik yubileyinə həsr olunub. Verlişdə iştirak edən Rəşid Behbudovun qızı Rəşidə Behbudova atası ilə bağlı xatirələrini bölüşüb.
 
O bildirib ki, atası Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dəstəyini və səmimi münasibətini həmişə hiss edib:
 
“Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illiyinin keçirilməsi və Azərbaycanın paytaxtında böyük müğənninin heykəlinin ucaldılması haqqında fərman imzalayıb. Atam yəhudi xalqına xüsusi mehribanlıqla yanaşırdı. Bu yaxınlarda aşkar etdiyim məktubunda atam İsrailə getmək arzusundan yazır. Dürüst, açıq və güclü insanların onun xatirəsi üçün gördükləri işlər, xüsusilə, ailəmizə bəslənilən səmimi və ehtiramlı münasibət mənim üçün çox qiymətlidir”x9d.
 
Həmçinin, “Birinci Radio”x9d dinləyiciləri üçün bir saat ərzində Rəşid Behbudovun repertuarından “Azərbaycan”x9d, “Vətən”x9d, “Lalələr”x9d, “Sənin qara gözlərin”x9d, “Sənə də qalmaz”x9d, “Aylı gecələr”x9d, habelə “Arşın mal alan”x9d filmindən mahnılar səslənib.(publika.az)
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO