
- A-
- A
- A+
Şou-biznes
12:04 / 25.11.2015
1 dəq oxunma
“Eşkiya”x9dnın Nazlısı Ceyhunu məhkəməyə verdi...
Hazırda oxunan: “Eşkiya”x9dnın Nazlısı Ceyhunu məhkəməyə verdi...
108036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Eşkiya dünyaya hükmdar olmaz”x9d serialının aktrisası Müjde Uzman “Mesut Yar ile burada laf çok”x9d proqramında onu təhqir edən yumorist Ceyhun Yılmazı məhkəməyə verib.
“Qafqazinfo”x9d Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın vəkili Yılmaza “3 qəpik”x9dlik (kuruşluk) mənəvi təzminat davası açdıqlarını bildirib:
“Ceyhun Yılmaz çirkin ifadə işlədərək Müjde Uzmanı təhqir edib. Bu vəziyyət onda ağır travma yaradıb. Dost olmaq, zarafat etməyə çalışmaq heç bir surətdə belə bir təhqirə haqq qazandıra bilməz. Mövcud vəziyyət müvəkkilimin insanlıq, qadınlıq və peşə qürurunu zədələmişdi. Müjde 14 ildir ki, bu sektorda çalışmaqdadır, dayandığı və dayanmaq istədiyi yer bəllidir. Prokurorluğa müraciət etmişik, aktrisanın yaşamış olduğu travma və kədərin hər hansı miqdarda kompensasiyası mümkün olmadığından “3 qəpik”x9dlik mənəvi təzminat davası açmışıq”x9d.
Qeyd edək ki, proqramda aparıcı Məsud Yar aktrisaya “Özünü hansı peşəyə aid hiss edirsən?”x9d sualını ünvanlamışdı. Kameralar Müjde Uzmana yaxınlaşarkən kadra girən yumorist Ceyhun Yılmaz suala “fahişəlik”x9d cavabını verib.
Yumorist daha sonra sosial şəbəkədə proqramda zarafat etdiyini bildirmişdi:
“Efirdə dediyim pis söz üçün üzr istəyirəm. Hamımızın zarafatla işlətdiyimiz sözü canlı yayımda deməməli idim. Müjde mənim bacımdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































