XİN - dən Avropa Şurasının baş katibinə etiraz...

XİN - dən Avropa Şurasının baş katibinə etiraz...

Hazırda oxunan: XİN - dən Avropa Şurasının baş katibinə etiraz...

90099
Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir.

Moderator.az xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə bağlı fikirlərinə mövqeyini açıqlayarkən deyib.

H. Hacıyevin sölərinə görə, mərhum Rasim Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib.
“Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda  baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb.
Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar”x9d, - deyə H.Hacıyev qeyd edib.

O bildirib ki, vətəndaşların hüquq və mənafelərinin qorunması, qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən KİV-in azadlığının tam şəkildə təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifəsidir: 

“Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur.
AŞ və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq”x9d, - o vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO