Artıq bir neçə gündür ki, ATƏT-in Bakı ofisinin Layihə Əlaqələndiricisi Azərbaycanda fəaliyyətini dayandırıb.
Bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. AXCP-sədrinin müavini Nurəddin Məmmədli Moderator.az-a açıqlama verərək baş vermiş hadisəni pardoks adlandırdı:
“İstənilən beynəlxalq təşkilatla hakimiyyətin qarşıdurması ölkə üçün yaxşı heç nə vəd etmir. ATƏT kimi nüfuzlu bir təşkilatın Azərbaycandan qovulması müasir dünya düzəni üçün paradoksal bir hal kimi dəyərləndirilməlidir. Qarabağ probleminin həllinin bilavasitə ATƏT-in sılahiyyətində olduğunu nəzərə alsaq, ümumiyyətlə hakimiyyətin atdığı addımı ölkənin milli maraqlarına zərbə kimi dəyərləndirmək lazımdır. Görünən odur ki, iqtidar ATƏT-in seçkilərə verdiyi obyektiv qiyməti və son zamanlar demokratiya və insan haqlarına dair tənqidləri sərtləşdirməsi bu cür məntiqə və siyasi reallığa zidd addımın atılmasının əsas səbəbidir. Yəni hakimiyyət ölkənin maraqlarını deyil, özünün ömrünü uzatmaq haqqında düşünür.
Xəyal Əzizov



































































































