"Cənubi Qafqazın sülh, əməkdaşlıq regionuna çevrilməsində dialoqa açığıq” - Baş Nazir 

Hazırda oxunan: "Cənubi Qafqazın sülh, əməkdaşlıq regionuna çevrilməsində dialoqa açığıq” - Baş Nazir 

75377

"Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”. 

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bunu bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının video-konfrans rejimində iclasında Baş nazir Əli Əsədov deyib. 

İclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əli Əsədov iclasda çıxış edərək əmin olduğunu bildirib ki, uzun illər ərzində müxtəlif səviyyələrdə yaranmış sıx əlaqələr, habelə birgə işin müsbət təcrübəsi bundan sonra da MDB çərçivəsində səmərəli əməkdaşlığa şərait yaradacaq. 

Baş nazir dünyada indiki epidemioloji vəziyyətin post-pandemiya dövrünün tezliklə başlanacağını proqnozlaşdırmağa imkan verdiyini qeyd edərək Azərbaycanda COVID-19-la bağlı vəziyyəti müsbət qiymətləndirib.

Pandemiyanın aradan qaldırılmasında vaksinasiya prosesinin mühüm rolunu vurğulayan Əli Əsədov qeyd edib ki, Azərbaycan 2021-ci ilin əvvəlindən vaksinasiyaya başlamış ilk ölkələrdən biri olub. Bildirilib ki, ölkədə iqtisadi canlanmanın aşkar əlamətləri müşahidə edilir, iqtisadiyyat bərpa olunmağa başlayıb. Cari ilin birinci rübündə iqtisadi artım 6,8 faiz təşkil edib.

Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib. Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. Baş nazir deyib:

“Bizim siyasətimiz tamamilə açıq və aydındır". 

MDB Hökumət Başçıları Şurasının üzvləri işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən avtomobil və dəmir yollarının çəkilişi, beynəlxalq aeroportların tikintisi, bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üzrə genişmiqyaslı işlər barədə də məlumatlandırılıb. 
Baş nazir Əli Əsədov iclas iştirakçılarını bir daha əmin edib ki, Azərbaycan bundan sonra da regionda sülhün möhkəmlənməsinə və tərəqqiyə töhfə verəcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO