
- A-
- A
- A+
Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini BƏRPA ETDİ
29 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.
Səfirliyin ünvanı dəyişməyib - Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24. Telefon: +380 44 484 69 40, Faks: +380 44 484 69 32.
Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq sabit qrafik üzrə (Müraciətlərin qəbulu - 10:00-13:00, Hazır sənədlərin verilməsi - 15:00-18:00) hər gün işləyəcək.
Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar. Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin diqqətə çatdırırıq ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































