“Ancaq Rusiyanın iştirakı ilə sülh müqaviləsi baş tuta bilər” – Rusiyalı politoloqdan Brüssel görüşünə ŞƏRH

“Ancaq Rusiyanın iştirakı ilə sülh müqaviləsi baş tuta bilər” – Rusiyalı politoloqdan Brüssel görüşünə ŞƏRH

Hazırda oxunan: “Ancaq Rusiyanın iştirakı ilə sülh müqaviləsi baş tuta bilər” – Rusiyalı politoloqdan Brüssel görüşünə ŞƏRH

68683

“Brüsselin Rusiyanı Azərbaycan Ermənistan danışıqlarından kənarlaşdırması iflasa uğrayıb. Mən elə hesab edirəm ki, danışqlar zamanı real sülh müqaviləsini imzalamaq lazımdır, müxtəlif addımları atmaq yox. Sözsüz ki, tərəflər bu isitqamətdə işlər aparacaq”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin deyib.

Politoloq hesab edir ki, iki ölkə arasında sülhün bərpası Rusiyanın səyləri ilə mümkün ola bilər.

“Təbii ki, avropalılar bu prossesdə işitirak edən tərəf kimi olmaq istəyirlər. Avropalılar Cənubi Qafqazda istər sülh baxımından, istərsə də müharibə baxımından öz misiyyalarını gizlətmirlər.
 

Ancaq avropalıların bu danışıqlarda sülh müqaviləsininin imzalanması istiqamətində maksimum səy göstərmələri, təbii ki, şişirtmədir.


Burada heç kim Rusiyanı Cənubi Qafqazda ən vacib sülhməramlı olmaq statusundan, baş danışıqçı olmasından çıxara bilməz. İndiki məqamda isə Avropa İttifaqı Şurası xallar qazanmaq niyyətindədir. Bəs uğur olacaqmı? Məncə yox. Ancaq Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi baş tuta bilər”, - deyə A.Bredixin əlavə edib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO