
- A-
- A
- A+
Hikmət Hacıyev: "Ordumuz tərəfindən lazımi tədbirlər görülür"
"Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalmaqdadır. Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA - VİDEO
Onun sözlərinə görə, Azərbaycan tərəfindən onların hər biri müşahidə edilir:
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə monitorinqlərimizi təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin".
Prezidentin köməkçisi bildirib ki, belə halların olması təəssüfedicidir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































