Azərbaycan və Finlandiya XİN başçıları görüşdü

Azərbaycan və Finlandiya XİN başçıları görüşdü

Hazırda oxunan: Azərbaycan və Finlandiya XİN başçıları görüşdü
64330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri cənab Pekka Haavisto ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq münasibətlərini müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə görüşdü


Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Bu xüsusda, tərəflər siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO