“1920-ci ildə biz müstəqil olsaydıq və öz resurslarımızın sahibi olsaydıq təsəvvür edin ki, indi biz nə vəziyyətdə idik. Amma bu imkanlar bizim əlimizdən alındı. Azərbaycan II Dünya Müharibəsində Sovet ordusunun istifadə etdiyi yanacağın 80 faizindən çoxunu təchiz etmişdi. Bu olmasaydı II Dünya Müharibəsinin gedişi tamamilə fərqli olardı. Nəyə görə faşist ordusu Qafqaz dağlarına doğru hərəkət edirdi. Onlar Bakını, Bakı neftini almaq istəyirdilər. Əgər onlar buna nail olsaydılar, Sovet ordusu tamamilə yanacaqdan məhrum ediləcəkdi və bu da müharibənin sonu idi. Yəni çox pis fəsadlarla nəticələnəcəkdi. Bütün bunlar bizimki idi, amma bizim əlimizdən alınmışdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
“1991-ci ildə müstəqil olduq, neft və qaz istehsalı pis vəziyyətdə idi. Biz qazı xaricdən alırdıq. Ermənistan tərəfindən torpaqlarımızın işğalı 30 il davam etdi. Biz 30 ildən sonra güc hesabına özümüz bu torpaqları azad etdik. 1991-ci ildə müstəqil olduqda dağılmağa tam yaxın idik. Amma biz ayaqüstə durduq. İndi isə ayaqüstə daha möhkəm durmuşuq. 20-ci əsrin tarixi onu göstərir ki, bu ölkənin xalqı bacarıqlıdır, onlar müstəqil, ləyaqətli yaşaya bilirlər və onlar müharibələrdə qalib ola bilərlər” - deyə dövlətimizin başçısı əlavə edib.
Bizim.Media



































































































