Səfirlikdən Polşadan təxliyə olunmaq istəyən vətəndaşlara MÜRACİƏT 

Səfirlikdən Polşadan təxliyə olunmaq istəyən vətəndaşlara MÜRACİƏT 

Hazırda oxunan: Səfirlikdən Polşadan təxliyə olunmaq istəyən vətəndaşlara MÜRACİƏT 
62811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələrə xahiş olunur. Avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. 

Bununla əlaqədar Azərbaycanın Polşadakı Səfirliyindən Bizim.Media-ya bildirilib ki, vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı whatsapp nömrəsinə yaxud consul_[email protected] elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər: 

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən sənədin) surəti (fotoşəkli); 2) Hazırda yerləşdirildiyi ünvan; 

3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi); 

4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi 

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq.

Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO