Haber Global: Azərbaycandan İrana sərt mesaj – VİDEO

Haber Global: Azərbaycandan İrana sərt mesaj – VİDEO

Hazırda oxunan: Haber Global: Azərbaycandan İrana sərt mesaj – VİDEO

592215

Türkiyənin Haber Global telekanalı Azərbaycanın İrandakı səfirliyinə xain terror hücumu nəticəsində həlak olan şəhidimiz Orxan Əsgərovun cənazəsinin ölkəmizə gətirilməsi zamanı Tehran hava limanında yaşanan diqqətçəkən məqama toxunub.

Belə ki, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlı qrupunun əməkdaşları iranlı hərbçilərin şəhidimizin cənazəsini təyyarəyədək aparmalarına icazə verməyərək, bu şərəfli işi öz üzərilərinə götürüblər.

Telekanalın efirində bu məqam İrana ünvanlanan xüsusi mesaj kimi qiymətləndirilib. Bildirilib ki, bununla da Azərbaycan öz şəhidinə sahib çıxaraq iranlı hərbçilərə yerini göstərib.

Daha ətraflı Haber Global-ın videomaterialında:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO